Yenidən ekranlara qayıdan “Teletubbies”in ilk treyleri yayımlanıb.
SİA xəbər verir ki, bir dövrə damğasını vuran televiziya şousu “Teletubbies”in “Netflix”də yayımlanacaq yeni bölümlərinin ilk treyleri nümayiş olunub.
Yayımlanan treylerdə noyabrın 14-də başlayacaq 26 seriyanın ilk sezonundan hissələr göstərilir.
Qeyd edək ki, Anne Wood və Andrew Davenport tərəfindən yaradılmış serial 1997-ci ildə başlayıb və 2001-ci ilə qədər davam edib. 2015-ci ildə Nickelodeon üçün yenidən hazırlanıb və bu versiya isə 2018-ci ilə qədər davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB