"İran pilotsuz təyyarələrdən psixoloji silah kimi istifadə edir" - PENTAQON
ABŞ Müdafiə Nazirliyi Rusiyanın İran pilotsuz təyyarələrini psixoloji silah kimi istifadə etdiyini iddia edib. SİA xəbər verir ki, Vaşinqtonda “İranlı hərbçilərin Krımda Rusiya ordusuna pilotsuz uçan aparatlarla təlim keçdiyi” iddialarının müzakirəsi davam edir.
Ağ Evdən sonra Pentaqonun sözçüsü Rayder də gündəlik mətbuat konfransında Rusiyanın Ukraynanı İranın pilotsuz uçan aparat sistemləri ilə hədəf aldığını və İran əsgərlərinin rus əsgərlərinə dron təlimi verdiyini təsdiqləyib: "Biz İranın təkcə Yaxın Şərqdə deyil, həm də bu gün gördüyümüz kimi digər bölgələrdə terrorizmin ixracında şərik olduğunu görməkdə davam edirik".
Ukraynaya dəstəyi davam etdirəcəklərini ifadə edən Rayder, "Dronların təsirinə gəlincə, bunu daha əvvəl məndən eşitmiş ola bilərsiniz. Bunlar qorxu yaratmaq üçün psixoloji silah kimi istifadə edilir, lakin bu, Rusiyanın itirdiyi gerçəyini dəyişmir" ifadəsini işlədib.
Rayder Ukraynanın çoxlu sayda İran pilotsuz təyyarəsini vurduğunu ifadə edərək, Rusiyanın nə qədər pilotsuz uçan aparatına sahib olduğu barədə məlumat verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB