İranda bir qrup gənc qadın qeyri-adi aksiya keçirdi

İranda bir qrup gənc qadın qeyri-adi aksiya keçirdi

İranda bir qrup gənc qadın dünyasını dəyişən Məhsa Əmininin ölümünə etiraz etmək üçün “Əzab çəkən insanlara bir qucaq” pankartı açaraq yoldan keçənləri qucaqlayıb. SİA xəbər verir ki, ötən ay İranda polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra gərginlik getdikcə artır. Gənc iranlı qadınlar küçələrdə dayanaraq “Ağrılı insanlara sarılmaq” yazılmış pankartlarla insanları qucaqlayıblar.

Əmininin ölümünü qucaqlayaraq reaksiyalarını göstərən iranlıların görüntüləri sosial mediada gündəm olub. Sosial mediada paylaşılan görüntülərdə paytaxt Tehranın Ekbatan qəsəbəsində və İsfahandakı Xacu körpüsündə qollarını açıq gözləyən və yoldan keçənləri qucaqlayan hicabsız qadınlar görüntülənib. Yazılara “İran xalqı birlikdə güclüdür”, “Özünü yaxşı və azad hiss etmək necə də gözəldir” və “Sizi təbrik edirəm, igid İran xalqı” kimi şərhlər edilib.

Qeyd edək ki, sentyabrın 13-də Tehranda polisi kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə