Bu gün Ukraynanın Hərbi Hava Qüvvələri Rusiyanın İran istehsalı olan 15 PUA-sını vurub. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Silah və hərbi texnikanın cəmləşdiyi 2 ərazinin, 2 dayaq məntəqəsinin, həmçinin düşmənin zenit-raket komplekslərinin 2 mövqeyinin məğlubiyyəti təsdiqlənib. Hava Hücumundan Müdafiə Bölmələri 15 “Şahed-136” PUA-sını vurub”, - rəsmi açıqlamada deyilir.
Qeyd edək ki, İran Rusiyaya PUA verilməsi barədə xəbərləri təkzib edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB