"İranlı hərbçilərin Rusiyaya yardım etdiyinə inanırıq" - AĞ EV RƏSMİSİ
İran əsgərləri Krımda Ukraynanın paytaxtı Kiyevin bombalanmasında Rusiyaya kömək ediblər. SİA xəbər verir ki, İran hərbi qulluqçularının Krımda Kiyevin bombalanmasında Rusiyaya kömək etdiyini qeyd edən Ağ Ev “İran indi meydandadır, birbaşa müharibədə iştirak edir” deyə, bəyanat verib.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar direktoru Con Kirbi Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımda yerləşdirilən rus əsgərlərinin Ukraynaya hücumlarında İranın göndərdiyi pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyini bildirib: “İran indi birbaşa sahədədir. İran və ABŞ arasında pilotsuz uçuş aparatı (PUA) müzakirəsi getdikcə artır".
Rusiyanın Ukraynaya hücumlarında İrandan göndərilən pilotsuz uçuş aparatlarından istifadə etdiyini iddia edən ABŞ-dan yeni açıqlama gəlib: "İranlı hərbçilərin Krımda yerləşdiyinə və bu əməliyyatlarda Rusiyaya yardım etdiyinə inanırıq"-deyə, Con Kirbi fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB