Fransa parasetamol tərkibli dərmanların satışını azaltmağa çağırış etdi

Fransa parasetamol tərkibli dərmanların satışını azaltmağa çağırış etdi

Fransada parasetamol tərkibli dərmanların tədarükündə böhranı yaşanır. SİA xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, iyul ayından bu yana tərkibində parasetamol olan dərmanların tədarükündə problemlər yaşanıb. Bu kontekstdə tədarükdə fasilələrin qarşısını almaq məqsədilə Milli Dərman Agentliyi (ANSM) əczaçılar, həkimlər və xəstələr üçün tərkibində parasetamol olan dərmanların istifadəsi və satışı ilə bağlı tövsiyələrin yer aldığı bəyanat yayıb.

Açıqlamada vətəndaşlardan sözügedən dərmanları ehtiyatda saxlamamaları istənilib. Bu dərmanların reseptsiz qəbulu halında 2 qutunun məhdudlaşdırılması tövsiyə olunub. Bildirilib ki, əczaçılar müəyyən qaydalar çərçivəsində xəstələrə təyin olunduğundan az miqdarda parasetamol olan dərmanlar verə bilərlər. Açıqlamada həkimlərdən dərhal ehtiyacı olmayan xəstələrə tərkibində parasetamol olan dərmanlar yazmamaları istənilib. Bundan əlavə, həkimlərə sözügedən dərmanları lazım gəldikdə gündə 4 dəfə deyil, 3 dəfə yazmaq tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə