Birləşmiş Millətlər Təşkilatından taxıl dəhlizi bəyanatı

Birləşmiş Millətlər Təşkilatından taxıl dəhlizi bəyanatı

Birləşmiş Millətlər Təşkilatı Türkiyənin taxıl dəhlizində vasitəçiliyinə ümidlidir. SİA xəbər verir ki, UNCTAD-ın dərc etdiyi hesabatda qeyd olunub ki, bu sazişin müddətinin uzadılması qlobal ərzaq qiymətlərinin aşağı salınması və ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından həyati əhəmiyyət kəsb edir.

Bildirilib ki, razılaşma sayəsində Ukrayna limanlarında fəaliyyət normallaşıb və oktyabrın 19-na Ukrayna limanlarından göndərilən taxılın həcmi 8 milyon tona çatıb. “Müharibədən əvvəlki dövrlə müqayisədə daşınmalar 40 və 50 faiz azalsa da, bu təşəbbüs sayəsində ərzaq məhsullarının qiymətləri stabilləşib və enmə tendensiyası başlayıb”, - deyə hesabatda bildirilir.

Həmçinin qeyd olunub ki, bu razılaşma gələcək üçün ümidvericidir və böhran dövründə ticarətin gücünü göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə