Ruslar Afrikadan...silah alırlar?..

Ruslar Afrikadan...silah alırlar?..

Ukrayna saytlarının yazdığına görə, guya rus ordusu böyük silah çatışmazlığı ilə üzləşib. Hətta vəziyyət o yerə çatıb ki, Kreml köhnə model avadanlıqları Afrika ölkələrindən alır.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı müxalifətçi, Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov deyib.

“...Düşünürəm ki, potensial quruyub. Rusiya dilənçi kimi dünyanın dörd bir yanında qaçır və bəzi silahların qalıqlarını toplayır. Eşitdiyimə görə, Afrikaya gediblər və Sovet İttifaqı dövründən qalan qədim texnikaları alırlar. Onlar bu avadanlığı götürüb zavodlarda təmir edib, döyüşə atırlar.Elə silahlar var ki, hələ 1979-cu ildə, orduda xidmət edəndə görmüşəm. Üstəlik, tüfəngin dizaynı 1943 və ya 1947-ci ildir”, -deyə Qudkov bildirib.

Rus siyasətçi əlavə edib ki, Ukraynadakı işğalçı rus qoşunlarının rəhbəri Sergey Surovikin qaşqabağını gərib böyük sözlər danışa bilər,.. amma reallıq budur ki, mübarizə aparacaq heç nə yoxdur.

İndi ruslar əsgərləri yüngül atıcı silahlarla silahlandırıb Ukraynanın şimalına, Ukrayna Silahlı Qüvvələrini Xerson hücumdan yayındırmağa çalışırlar. Amma özləri Xersondan qaçmağa hazırlaşırlar. Bu, ən bariz variantdır. Artıq məmurlar ailələrini oradan çıxarıblar.

Bunu da Qudkov bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə