BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braun etiraf edib ki, humanitar ictimaiyyət bu gün ölkədə mövcud olan enerji sistemində bu cür irimiqyaslı pozuntuların öhdəsindən gələ bilmir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS xəbər verir.
“...Elektrik və istilik təchizatında böyük miqyaslı fasilələrə gəlincə, deməliyəm ki, bu, humanitar cəmiyyətin imkanlarından kənardadır”-deyə bildirib.
Braun izah edib ki, Ukraynada yerləşən humanitar missiya cəbhəyanı ərazilərdə yardım göstərməklə məşğuldur. O bildirib ki, işçilər binaları təmir edib qışa hazırlayır, yanacaqla təmin edir, təhsil və tibb müəssisələrinə hər cür dəstək göstərirlər.
O, BMT-nin Ukraynadakı humanitar missiyaların işinə əvvəllər dörd milyard dollardan çox vəsait ayırdığını qeyd edərək, təşkilat üzvlərinin böhran həll olunana qədər maliyyələşdirməni davam etdirəcəyinə ümid etdiyini bildirib.
...Bundan əvvəl BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Ukrayna Silahlı Qüvvələrinin (AFQ) Belqorod vilayətinə endirdiyi zərbələrdən narahatlığını bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB