Qazaxıstan Rusiyadan yan keçən yollarla neft satır...

Qazaxıstan Rusiyadan yan keçən yollarla neft satır...

2022-ci ilin payızından başlayaraq Qazaxıstan neft şirkətləri Xəzər Boru Kəməri Konsorsiumu sistemi vasitəsilə tranzitdən yan keçməklə Avropa İttifaqına neft tədarükü üçün alternativ marşrutlardan istifadə etməyə başlayıblar.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan mənbələrə istinadən yazıb.

Agentliyin məlumatına görə, Qazaxıstan-Amerika müştərək korporasiyası “Tengizchevroil” oktyabrda Finlandiyaya dəmir yolu ilə 1000 ton xammal tədarük etməyi planlaşdırır.

Qeyd edilir ki, bu müəssisənin səhmdarları Amerikanın Chevron (50 faiz), ExxonMobil Kazakhstan Ventures Inc (25 faiz), Qazaxıstanın dövlət şirkəti Kazmunaigaz (20 faiz) və Rusiyanın Lukoil Lukarco B.V. (5 faiz) strukturudur.

Digər neft şirkəti "Total & Dunga" 2022-ci ilin sonuna kimi Xəzərdəki Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan boru kəmərinə 200 min tona qədər neft göndərməyi planlaşdırır.

“Reuters”un yazdığına görə, Qazaxıstan Rusiyadan yan keçməklə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ildə 1,5 milyon ton neft satmağı planlaşdırır.

İyul ayında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev neft tədarükünün şaxələndirilməsi barədə göstəriş verib. O, prioriteti Çin, Qazaxıstan, Xəzər dənizindən keçən..amma Rusiyadan yan keçərək Avropa ölkələrinə aparan Transxəzər marşrutu adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə