Ötən ay Ukraynada keçirilən rəy sorğusunda ukraynalıların cəmi 26 faizi danışıqların tərəfdarı olduğunu dilə gətirib.
...Sorğu göstərir ki, ukraynalıların 70 faizi qələbəyə qədər müharibəni davam etdirmək istəyirlər. Sorğuda iştirak edən müharibə tərəfdarlarının 91 faizi qələbəni bütün işğal olunmuş ərazilərin, o cümlədən Krımın qaytarılması kimi müəyyən edirlər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sorğu sentyabrın 2-dən 11-dək Ukraynanın bütün bölgələrində, o cümlədən şərqində aparılıb.
Bu arada “Amerikanın Səsi” qeyd edib ki, sorğu zamanı Ukrayna qoşunları əks-hücum zamanı şərqdə geniş əraziləri geri alıb, Ukrayna sakinlərinin döyüş ruhunu yüksəldib.
Bu gün Ukrayna hərbçiləri Xersona yaxınlaşsa da, amma hazırda irəliləyiş bir az səngiyib.
Rusiya isə Ukrayna ərazisində mülki hədəflərə və infrastruktura bir sıra dağıdıcı hava hücumları ilə cavab verir. Nəticədə bir çox ərazilərin enerjisi tamamilə kəsilib, yaxud onların enerji və su təchizatı məhdudlaşıb.
Qeyd edək ki, müharibənin qələbəyədək davamına dəstək hazırda müharibənin olduğu bölgələrdə nəzərəçarpacaq dərəcədə zəifdir.
Hərbi əməliyyatlara dəstək ən yüksək Kiyev (83 faiz) və qərb (82 faiz) kimi yerlərdədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB