Trassın istefasını şərh edən Bayden, tərəfdaşlığa görə təşəkkür edib
Birləşmiş Ştatlar Baş nazir Liz Trassın istefasından sonra Böyük Britaniya Nazirlər Kabineti ilə sıx əməkdaşlığı davam etdirəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Bayden deyib.
Ağ Evin rəhbəri, Vaşinqtonla London arasında dostluq və müttəfiqlik münasibətlərinin heç vaxt pozulmayacağına əminlik bildirib.
“ABŞ və Böyük Britaniya güclü müttəfiqlər və həqiqi dostlardır və bu fakt heç vaxt dəyişməyəcək”, - deyə Bayden bəyan edib.
Amerika prezidenti həmçinin əmin edib ki, Birləşmiş Ştatlar bu gün hər iki ölkənin üzləşdiyi qlobal problemlərin birgə həlli üçün Britaniya hökuməti ilə sıx əməkdaşlıq etməyə davam edəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB