Oktyabrın 20-də Avropa İttifaqının monitorinq missiyası Ermənistan-Azərbaycan sərhədində işə başlayıb. Bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Xosep Borrel təşkilatın Brüsseldə keçirilən sammitinə gələrkən deyib.
SİA TASS-a istinadən xəbər verir ki, o, “...bizim missiyamızın yerləşdirilməsi bu gün başlayıb”-deyə bildirib.
Qeyd edək ki, Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri bazar ertəsi Lüksemburqda Ermənistan və Azərbaycan sərhədindəki problemlərin həlli üçün mülki missiya barədə razılığa gəliblər. Onlar regiondakı vəziyyəti izləmək, təhlil etmək və hesabat vermək üçün 40-a qədər Avropa İttifaqı ekspertini Azərbaycanla sərhədin Ermənistan tərəfinə göndərmək qərarına gəliblər.
Bu arada erməni saytlarının yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa lideri Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel oktyabrın 7-də Praqada danışıqlardan sonra Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə missiya göndərəcəyini bəyan ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB