Avropada “iflic” qaz layihəsinə əvəz tapdılar?

Avropada “iflic” qaz layihəsinə əvəz tapdılar?

İspaniya, Fransa və Portuqaliya Avropaya qaz tədarükünü bir neçə dəfə artıra biləcək “iflic olmuş” Midcat qaz kəməri layihəsindən imtina etmək qərarına gəliblər.

Və onun əvəzini “yaşıl enerji dəhlizi” yaradacaqlar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “El Pais” nəşri yazır ki, bu sözləri Avropa İttifaqı sammitində İspaniyanın baş naziri Pedro Sançes deyib.

Qeyd edək ki, onlar yeni dəniz boru kəmərini “BarMar” adlandırmağa razılaşıblar. Beləliklə, onun vasitəsilə yaşıl hidrogen daşınacaq. Boru kəməri İspaniyanın Barselona və Fransanın Marsel şəhərləri arasında çəkiləcək.

...Layihə sayəsində Avropa İttifaqının enerji bazarı Pireney yarımadası ölkələri üçün əlçatan olacaq.

Enerji böhranı kontekstində ölkələr təbii qazın “BarMar” vasitəsilə nəqli imkanlarını da nəzərdən keçirirlər. Ölkə liderləri dekabrın 8-də və 9-da Aralıq dənizi Qrupunun sammitinin keçiriləcəyi Alikantedə daha konkret təklifləri müzakirə edəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə