Ukraynalı ilə rusun BMT-dəki “söz oyunu”...

Ukraynalı ilə rusun BMT-dəki “söz oyunu”...

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsinin müavini Dmitri Polyanskini təhqir edərək onu “BMT-nin gördüyü ən iyrənc sima” adlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rus diplomat da özünü saxlaya bilməyərək ona “dibinə çox şey qalmayıb” deyə bildirib.

“...BMT-nin indiyə qədər gördüyü ən iyrənc simalardan birinin həqiqətən də əclaf məntiqi...”. Qeyd edək ki, Kislitsa “Twitter” hesabında Polyanskini belə təqdim edib.

Qeyd edək ki, Ukraynanın təşkilatdakı daimi nümayəndəsi beləliklə Rusiya Federasiyasının İran pilotsuz təyyarələrindən istifadə ittihamları ilə bağlı mövqeyinə reaksiya verib.

Polyanski “Telegram” kanalında deyib ki, “Mən hər cür şirniyyatçıların, dəyirmançıların, Vrublevskilərin və onlar kimi başqalarının hücumlarına və kobudluğuna cavab vermək belə istəmirəm”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə