Bu arada İspaniyanın “Inditex” qrupu (brendlər Zara, Massimo Dutti, Pull & Bear, Oysho, Bershka, Stradivarius) Rusiya biznesini Livanın “Azadea” qrupuna satmaq imkanını müzakirə edir.
Qeyd edək ki, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Cronica Global” elektron qəzeti cümə axşamı xəbər yayıb.
Qəzet qeyd edir ki, “Azadea” Əlcəzair, Bəhreyn, Oman və Qətərdə “Inditex” franşizasına malikdir. Livan artıq Rusiyada ispan mağazalar şəbəkəsinin alınması məsələsini öyrənmək üçün komanda hazırlayır.
“La Voz de Galicia” qəzetinin materialına görə, Inditex-in Rusiyada olması ilə bağlı qərar yanvarın sonuna qədər veriləcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB