Bəzi Afrika ölkələrinin gələn il daha çox ərzaq problemi ilə üzləşə biləcəyi bildirilir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, qlobal Aclıq İndeksinin son hesabatı Afrikadakı ərzaq probleminə diqqət çəkib.
Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası və Madaqaskarda ərzaq böhranının artdığı bildirilən hesabatda Burundi, Somali və Cənubi Sudan kimi ölkələrdə problemin arta biləcəyinə diqqət çəkilib.
Hesabatda Zambiya, Qvineya Bisau, Sierra Leone, Nigeriya, Mərkəzi Afrika Respublikası, Lesoto və Liberiya kimi ölkələrdə ərzaq probleminin yaşandığı vurğulanıb.
Afrika ölkələrində daxili qarşıdurmalar, terror hücumları, miqrasiya, quraqlıq, əhalinin sürətli artımı, yeni növ koronavirus (Covid-19) epidemiyası və Rusiya-Ukrayna müharibəsi kimi amillər ərzaq böhranını daha da artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB