Konaşenkov Rusiyanın əməliyyatlarına dair açıqlama verib

Konaşenkov Rusiyanın əməliyyatlarına dair açıqlama verib

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın hərbi idarəetmə və enerji sistemlərini uzaqmənzilli yüksək dəqiqlikli silahlarla vurmağa davam etdiklərini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin fəaliyyəti ilə bağlı açıqlamalar verib.

Konaşenkov "Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Ukraynanın hərbi idarəetmə və enerji sistemlərinin tikililərinə havadan uzaqmənzilli yüksək dəqiqlikli silahlarla hücumlarını davam etdirib. Müəyyən edilmiş bütün hədəflər vurulub" deyə bildirib.

Ukrayna qüvvələrinin Krasnı Liman, Nikolayev və Kriviy Riq istiqamətlərindəki hücumlarının dəf edildiyini qeyd edən Konaşenkov buradakı qarşıdurmalarda 240-dan çox Ukrayna əsgərinin zərərsizləşdirildiyini, çoxlu sayda hərbi texnikanın məhv edildiyini iddia edib.

Son 24 saat ərzində Ukrayna ordusuna aid 3 idarəetmə mərkəzi, 5 müvəqqəti mərkəz və 4 silah-sursat anbarının məhv edildiyini açıqlayan Konaşenkov “Mi-8” tipli helikopterlərin və 18 pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Mətbuat katibi Konaşenkov onu da deyib ki, Ukraynada bu günə kimi 324 təyyarə, 162 helikopter, 2296 pilotsuz uçuş aparatı, 383 hava hücumundan müdafiə raket sistemi, 5926 tank və zirehli texnika, 874 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3511 haubitsa və minaatan, 6665 məhv edilmiş şəxsi hərbi texnika var.

Bütün xəbərlər Facebook səhifəmizdə