....Rusiya Suriyadan S-300 hava hücumundan müdafiə sistemi və mindən çox hərbçini Ukraynaya köçürüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The New York Times” yayıb.
...Ukraynada Rusiya qoşunları S-300 komplekslərindən, o cümlədən yerüstü hədəflərə zərbələr endirmək üçün istifadə edir. Xüsusilə, bu, oktyabrın 10-da başlayan kütləvi raket zərbələrinin ilk günlərində baş verməkdədir.
Nəşr daha sonra bildirir ki, S-300-lərin və Rusiya qoşunlarının bir hissəsinin bu regionlardan çıxarması İsrailin hərəkətlərinə təsir edə bilər.
Mənbələr hesab edir ki, onun Ukrayna ordusuna silah verməkdən imtina etməsi qismən rusların Suriyada İsrail təyyarələrinə qarşı S-300-dən istifadə edə biləcəyi qorxusu ilə bağlıdır. Digər səbəb isə Rusiyanın İsrail vətəndaşlarının ölkədən çıxmasının qarşısını almağa başlayacağı qorxusudur.
Qeyd edək ki, “The New York Times” həmçinin rusların Suriyadan Ukraynaya iki batalyon, təqribən 1200-1600 nəfər hərbçinin göndərilməsindən də yazıb.
Yeri gəlmişkən, “...İsrail ordusu Rusiya qüvvələri ilə koordinasiyanın dayandırılmasını istəmir”. Bunu da Amerika nəşri yazır.
Xatırladaq ki, oktyabrın 19-da İsrailin müdafiə naziri Benni Qantz Ukraynaya hava hücumundan müdafiə və İsrail silahlarının çatdırılmayacağını bəyan edib.
... İsrail Ukrayna Silahlı Qüvvələrinə başqa yardımlar edir –yazan “The New York Times”, Rusiya ordusunun Ukraynanın enerji infrastruktur obyektlərinə hücum etmək üçün istifadə etdiyi İranın kamikadze pilotsuz təyyarələri “Şahed-136” haqqında məlumat verir.
...Deyilənlərə görə, Ukrayna vurulan pilotsuz təyyarələrin bir hissəsini İsrailə təhvil verib. Verilən xəbərlərdə onların araşdırması Ukrayna Silahlı Qüvvələrinə pilotsuz təyyarələrlə mübarizədə kömək edə biləcəyi deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB