Çeçenistan rəhbəri Ramzan Kadırovun azyaşlı oğulları - müvafiq olaraq 16, 15 və 14 yaşlı Axmat, Əli və Adam Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş üç əsgərini Qroznıya gətiriblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çeçenistan rəhbəri özünün Telegram kanalında bildirib.
“...Onlar cəbhədə olarkən Axmat, Əli və Adam Kadırov Rusiya Müdafiə Nazirliyinin Qərb-Axmat batalyonunun yerləşdiyi yerə gəldilər. Onlar döyüşçülərlə birlikdə düşmənin möhkəmləndirilmiş ərazisinin məhv edilməsi üzrə xüsusi əməliyyatda iştirak ediblər”, - deyə Kadırov yazıb.
Kadırov, həmçinin, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasının Kurçaloyevski rayonu üzrə idarəsinin rəisi Rüstəm Aquyevin sözlərinə də istinad edib.
Deməli Aquyev, Ramzanın övladlarının döyüşlərdə cəsarətlə, sakit və qətiyyətlə çıxış etdiklərini bildirib.
“...Məhkumlara gəlincə, Axmat, Əli və Adam onlardan üçünü Qroznıya aparmaq qərarına gəliblər”.
Bunu isə Kadırov bildirib.
Xatırladaq ki, oktyabrın əvvəlində Kadırov yaxın vaxtlarda üç oğlunun Ukraynadakı xüsusi əməliyyat zonasına göndərəcəyini bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB