Böyük Britaniyanın yeni baş naziri postunun əsas favorit

Böyük Britaniyanın yeni baş naziri postunun əsas favorit

Britaniya bukmeker kontorları Britaniya Xəzinədarlığının keçmiş rəhbəri və Liz Trussın son seçkilərdə əsas rəqibi Rişi Sunakın ölkənin yeni baş naziri olmaq üçün favorit olduğunu bildiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Dünyanın ən böyük bukmeker platforması “Betfair”in məlumatına görə, premyerlik uğrunda yarışda lider Rişi Sunak, onun ardınca isə İcmalar Palatasının rəhbəri Penni Mordant gəlir.

Liderlər siyahısına Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və Britaniya hökumətinin keçmiş rəhbəri Boris Conson da var.

Qeyd edək ki, Trass oktyabrın 20-də istefasını təsdiqləyib. O, Mühafizəkarlar Partiyası tərəfindən seçildiyi baş nazir tərəfindən ona verilən mandatın öhdəsindən gəlmədiyini etiraf edib.

Xatırladaq ki, Trass 44 gün hakimiyyətdə oldu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə