Böyük Britaniyanın baş naziri Liz Truss istefa qərarını açıqlayıb. Qeyd edək ki, o, altı həftə öz vəzifəsində qaldı.
SİA-nın əldə etdiyi məlumata görə, “Bloomberg” yazır ki, Trassın baş nazirliyi dövründə milli valyuta çökdü, kömək üçün İngiltərə Bankına müraciət etməli oldu.
Agentlik qeyd edir ki, Trass eyni zamanda demək olar ki, bütün siyasi proqramından imtina edib və ən yaxın siyasi müttəfiqini işdən çıxarıb.
Xatırladaq ki, mərhum kraliça II Yelizaveta sentyabrın 6-da Trassı Böyük Britaniyanın baş naziri təyin edib. Beləliklə, Trass kraliça tərəfindən təyin olunan 15-ci baş nazir oldu. Maraqlıdır ki, ötən gün Truss bir sıra parlamentarilərin getməyə çağırışlarına baxmayaraq, vəzifəsində qalmaq niyyətində olduğunu iddia edib.
O, xüsusilə, "milli maraqlara uyğun hərəkət etmək üçün" baş nazir olaraq qalacağını söyləmişdi. Daha sonra Trass Mühafizəkarlar Partiyasını növbəti parlament seçkilərinə aparacağına əminliyini ifadə etmişdi.
Bundan əvvəl bir neçə Mühafizəkar deputat hökumətin elan etdiyi vergi islahatları proqramı fonunda Trussı istefaya çağırıb. İctimaiyyət vergilərin geniş miqyaslı azaldılması planını tənqid edib və hakimiyyəti ölkənin ən varlı sakinlərinin maraqları naminə iqtisadi siyasət yürütməkdə ittiham edib.
Bu arada media Böyük Britaniyanın yeni baş nazirinin adının açıqlanma tarixini bəyan edib. Bu, oktyabrın 31-dən əvvəl baş verə bilər.
“Daily Telegraph” qeyd edir ki, ötən cümə günü Britaniya Maliyyə Nazirliyinin rəhbərinin portfelini alan Ceremi Hant baş nazir postu uğrunda mübarizə aparmayacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB