Ukrayna prezidenti Vladimir Zelenski “bildiyi qədər” Krım körpüsündə terror aktının sifarişçisi Kiyevin olmadıını deyib. (...əslində,bəlkə də düz deyir...çünki bu gün sifarişçinin adı çoxlarına bəllidir-A.B.)
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kanadanın CTV telekanalına müsahibə verən Ukrayna prezidenti “biz bunu sifariş etməmişik”-deyə bildirib.
Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Krımski körpüsündə yük maşını partladılıb, nəticədə yük qatarının çənləri yanıb. Dörd nəfər ölüb. Körpünün yarımadaya doğru gedən avtomobil hissəsinin iki aşırımı dağılıb. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin olanları terror aktı adlandıraraq, bunun arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığını qeyd edib və...
Amma müəmma odur ki, həmin gün Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak tvitində “Krım, körpü, başlanğıc” yazmışdı ki, bu ruslara Kiyevi günhkar kimi görməyə əsas verdi.
...Oktyabrın 11-də isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, “...Kiyev əvvəlcə Krım körpüsündə baş verən partlayışda əli olması ilə fəxr edir, sonra isə Vaşinqtonun təsiri ilə bunu qorxaqcasına inkar etməyə başlayıb?” –deyə bəyan etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB