Pakistanda daşqın qurbanlarına kompensasiya ödəniləcək

Pakistanda daşqın qurbanlarına kompensasiya ödəniləcək

Baş nazir Şahbaz Şərif, paytaxt İslamabadda jurnalistlərə verdiyi açıqlamasında bu barədə danışıb: “Hökumət seldə həyatını itirənlərin ailələrinə 4522 dollar təzminat verəcək”. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Seldən zərər çəkənlərə 316 milyon dollar paylanacağını ifadə edən Şərif yaralıların ailələrinə də təzminat veriləcəyini bildirib. Qış fəslinin yaxınlaşdığına diqqət çəkən Baş nazir Şərif Çin hökumətinin fəlakətzədələrə qış mövsümü üçün çadırlar göndərəcəyini qeyd edib.

Yada salaq ki, Pakistanda 643-ü uşaq, 348-i qadın olmaqla, 1725 nəfər yay boyu yağan leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirib.

Daşqınlar nəticəsində 2,2 milyon ev, 13 min kilometr yol zədələnib, 435 körpü dağılıb, 1,1 milyon təsərrüfat heyvanı tələf olub.

Bütün xəbərlər Facebook səhifəmizdə