Oktyabr ayının sonu olsa da, Fransanın cənub-qərbində havalar daha çox yay fəslini xatırladır. SİA xarici mətbuata istinadən xəbər verir ki, insanlar çimərlikdə istirahət edir, günəşdən və dənizdən həzz alırlar.
Hava haqqında verilən proqnozlara görə, qarşıdakı günlərdə temperatur 30 dərəcəyə qədər yüksələcək. Yerli sakinlər payızın mülayim keçməsinə sevinirlər. Eyni zamanda da narahatlıq içindədirlər. Etiraf edirlər ki, təbiətdə nə isə səhv gedir və bunun çox ciddi zərərləri ola bilər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB