Konaşenkov deyirsə,..deməli, inanmaq lazımdır...

...Marqarita Simonyanın qaynı ölüb deyə, yəqin başı qarışıqdır. Yoxsa çoxdan Konaşenkovun cavabını verərdi...
Konaşenkov deyirsə,..deməli, inanmaq lazımdır...

...Ukrayna Silahlı Qüvvələri rus qoşunlarının müdafiəsini yarmağa çalışaraq Xerson vilayətinini içərilərinə daxil olmğa çalışsalar da, lakin rus qoşunlarının bölmələri “ayıq-sayıqdılar” və...bütün istiqamətlərdə müdafiənin ön xəttini tamamilə bərpa ediblər.

Deməli, bunu cümə axşamı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib.

...Və əgər Konaşenkov bildirirsə... deməli işlər “rusca”dır. Çünki, cəbhədə 10 və ya daha artıq rus əsgəri öləndə, Konaşenkov adətən “itkimiz yoxdur” deyir.

Bu dəfə də general-leytenantın dediyinə görə,.. düşmən, yəni ukraynalılar artıq Xerson vilayətinin Suxanovo qəsəbəsi ərazisində rus bölmələrinin müdafiəsinə keçə biliblər.

Amma, deyim ki, Konaşenkov, həmişə olduğu kimi, bu dəfə də ardını yaxşı gəririr. Deyir ki,..sonradan Rusiya komandanlığının tank ehtiyatını döyüşə daxil etməsi, düşmənin, yəni ukraynalıların “dabanlarına tüpürüb” qaçmalarına səbəb olub.

Qeyd edək ki, bundan bir müddət əvvəl də Konaşenkov Ukrayna Silahlı Qüvvələrinin Novaya Kamenka və Çervonı Yar yaşayış məntəqələri istiqamətində rus qoşunlarının müdafiəsini yarmağa çalışıbdığını və orada da rus tanklarını görüb qaçdıqlarını bildirmişdi.

...Deyirəm, həmişə yalan danışmağın əleyhinə olan Marqarita Simonyanın qaynı ölüb deyə, yəqin başı qarışıqdır. Yoxsa çoxdan Konaşenkovun cavabını verərdi...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə