14 yaşlı qardaşını buna görə bıçaqladı - DƏHŞƏTLİ HADİSƏ

14 yaşlı qardaşını buna görə bıçaqladı - DƏHŞƏTLİ HADİSƏ

Moskvanın şimalında 14 yaşlı məktəbli əkiz qardaşını ona kompüter oynamağa vermədiyi üçün onu boynundan bıçaqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə oktyabrın 18-də baş verib.

Qardaşlar evdə nənələri ilə birlikdə olublar. Onlardan biri mətbəxdə oturub kompüter oyunu oynayıb, digəri ona kompüter verməyi xahiş edib. Oynayan yeniyetmə qardaşını vurmaqla hədələyib, qardaş isə cavab olaraq mətbəx bıçağını götürüb. Münaqişə nəticəsində bıçaq onlardan birinin boynuna dəyib.

Nənə təcili yardım çağırıb, uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər ona boyun nahiyəsində bıçaq yarası diaqnozu qoyublar və hazırda o, həkim nəzarətindədir.

Aydınlaşdırılıb ki, qardaşlar arasında münasibətlər bir il bundan əvvəldən korlanmağa başlayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə