Ukraynada elektrik enerjisinin kəsilməsi planlaşdırılır

Ukraynada elektrik enerjisinin kəsilməsi planlaşdırılır

Ukraynada elektrik enerjisinin verilməsinə məhdudiyyətlər tətbiq ediləcək. SİA xəbər verir ki, bu brədə ölkə prezidentinin aparat rəhbərinin müavini Kirill Timoşenko bildirib.

"Saat 7:00-dan 23:00-a kimi elektrik enerjisindən istifadəni minimuma endirmək lazımdır. Bu, ölkənin bütün regionlarının sakinlərinə aiddir", - deyə o, Teleqram kanalında yazıb.

O bütün ukraynalıları işıqların kəsilməməsi üçün bu təlimata əməl etməyə çağırıb.Timaşenko əlavə edib ki, respublikada küçələrin işıqlandırılması da məhdudlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə