Avropa İnsan Haqları Məhkəməsi hindistanlı ailə barədə qərar verdi
Avropa İnsan Haqları Məhkəməsi alman hakimiyyətinin hindistanlı ailəyə münasibətini irqçilik kimi qiymətləndirib. SİA xəbər verir ki, 4 il əvvəl qatarla Çexiyadan Almaniyaya gedən hind əsilli alman və onun kiçik qızı qatar Almaniyaya çatdıqdan az sonra vaqona daxil olan polislər tərəfindən şəxsiyyət vəsiqələri istənilib. Vaqonda başqa heç kimin axtarılmamasını dəri rənginə görə irqçi bir yanaşma olaraq xarakterizə edən sərnişin bu vəziyyəti Almaniya məhkəmələrinə çatdırıb. Bir nəticəyə gələ bilməyən sərnişin daha sonra AİHM-də iddia qaldırıb.
4 ilə yaxın hüquqi mübarizədən sonra məhkəmənin qərarı sərnişinin xeyrinə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB