Böyük Britaniyanın sanksiya qərarına İrandan əks reaksiya

Böyük Britaniyanın sanksiya qərarına İrandan əks reaksiya

İran etirazlara görə Tehran administrasiyasına sanksiya tətbiq edən Böyük Britaniyaya sanksiya tətbiq etmək qərarına gəlib. SİA xəbər verir ki İran İngiltərəyə cavab olaraq 9 yüksək rütbəli britaniyalı məmura, o cümlədən bir nazirə, 2 dövlət qurumuna və Londonda fars dilində yayımlanan 2 telekanala “zorakılıq və terror aktlarına səbəb olan fəaliyyətlə məşğul olduqları” səbəbi ilə sanksiya tətbiq edib.

İran Xarici İşlər Nazirliyindən verilən açıqlamada, sanksiya qərarının müvafiq qurumların razılığı əsasında İngiltərənin sanksiyalarına qarşı ehtiyat tədbiri olaraq alındığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə