Bayden benzin qiymətlərini nəzarət altında saxlamaq strategiyasını AÇIQLADI
ABŞ-da qarşıdan gələn Konqres seçkiləri ərəfəsində prezident Co Bayden benzin qiymətlərinə nəzarət etmək üçün 15 milyon barel neftin buraxılacağını açıqlayıb. SİA xəbər verir ki, noyabrın 8-də ölkədə keçiriləcək Konqresə ara seçkilərindən əvvəl rəqiblər Baydeni daha çox inflyasiya və benzinin qiymətinin artması kimi iqtisadi məsələlərə görə tənqid edirlər. OPEC-in gündəlik neft hasilatını 2 milyon barel azaltma qərarından sonra Bayden administrasiyası benzin qiymətlərini nəzarətdə saxlamaq üçün yeni addım atıb.
Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında benzin qiymətləri ilə bağlı strategiyalarını ictimaiyyətlə bölüşüb. "Bütün dünyada artan benzin qiymətlərində Ukraynaya qarşı müharibə aparan Rusiya prezidenti Vladimir Putini günahlandıran Bayden, yay aylarından bəri atdıqları addımlar sayəsində benzinin 2,5 dollar ucuzlaşdığını bildirib. Energetika Nazirliyi daha 15 milyon barel strateji neft ehtiyatı buraxacaq, bu proses dekabrın sonuna qədər davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB