Tailandda leysan yağışlar həyatı iflic edib

Tailandda leysan yağışlar həyatı iflic edib

Tailandın məşhur tətil adası Phuket uzun müddətdir davam edən güclü musson yağışları ilə mübarizəni davam etdirir. SİA xəbər verir ki yağışlar səbəbindən əsasən sular altında qalan adada təhsil dayandırılıb. Tailandın məşhur tətil mərkəzi Phuket adasında keçən həftə sonu yağan leysan yağışlar nəticəsində şəhər mərkəzi tamamilə sular altında qalıb.

Rəsmi məlumatlara görə, leysan yağışlarla adada axtarış-xilasetmə işləri davam edərkən, ümumilikdə 1850 evdən təxminən 6 min 80 adam təxliyə edilib. Daşqın səbəbi ilə bir çox məktəb təhsilə fasilə verərkən, Tailand hərbi donanması bölgədəki yardım işlərində iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə