Gürcüstan parlamenti ölkənin baş prokurorunun seçilməsi ilə bağlı konstitusiya qanununa ediləcək düzəlişləri birinci oxunuşda qəbul edib. SİA xəbər verir ki, yeni qanun Avropa Komissiyasının tələbləri əsasında hazırlanıb.
Uzun sürən müzakirələrdən sonra parlamentdə səsvermə baş tutub.
Qeyd edək ki, konstitusiyaya dəyişiklik etmək üçün 150 deputatdan 113-nün razılığı tələb olunurdu.
Layihəyə əsasən, növbəti iki çağırışda parlament 150 deputatın beşdə üçünün səsi ilə baş prokuroru altı il müddətinə təsdiq etməlidir. Əgər bunu iki dəfə etmək olmasa, o zaman baş prokuror 76 səslə deyil, sadə səs çoxluğu ilə 1 il müddətinə təyin olunacaq.
Xatırladaq ki, Gürcüstanın hazırkı baş prokuroru İrakli Şotadze 2020-ci ilin fevralında bu vəzifəyə seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB