Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla ABŞ-ın Kubaya qarşı 1962-ci ildə tətbiq etdiyi ticarət-iqtisadi embarqonun adanın iqtisadiyyatına ümumilikdə 154 milyard dollar zərər vurduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS xəbər verir.
“...Altı onillik ərzində cari qiymətlərlə ümumi ziyan 154,217 milyon dollar təşkil edir”, - deyən nazir bildirib ki, ABŞ prezidenti Donald Trampın hökuməti dövründə blokada görünməmiş səviyyəyə qədər gücləndirilib. Eyni zamanda o qeyd edib ki, prezident Cozef Bayden hökumətinin Kubaya qarşı siyasəti “təəssüf ki, respublikaçılarla eynidir”.
Xarici işlər naziri qeyd edib ki, Vaşinqtonda yeni administrasiyanın ilk 14 ayında iqtisadi blokadadan dəyən ziyan 6,364 milyard dollar təşkil edib.
...Xatırladaq ki, 1962-ci ildə Vaşinqton Kubaya qarşı ticarət-iqtisadi embarqonun tətbiq edildiyini elan edib.1992-ci ildən Kuba hər il BMT Baş Assambleyasına onun ləğvinin zəruriliyi ilə bağlı qətnamə layihəsi təqdim edir. Amma sənədi dəstəkləmək üçün dünya təşkilatına üzv dövlətlərin böyük əksəriyyəti dəyişməz olaraq səs verir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB