Almaniya prezidenti Frank-Valter Ştaynmayer cümə axşamı, oktyabrın 20-nə planlaşdırılan Kiyev səfərini ləğv edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü “Bild” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Ştaynmayerin Ukraynanın paytaxtına səfəri bir neçə həftə ərzində razılaşdırılıb. Bununla belə, Almaniya dövlət başçısının ofisi, qəzetin yazdığı kimi, səfərin “təhlükəsizlik baxımından” ləğvini əsaslandırıb.
Qəzet qeyd edir ki, Kiyevdə belə bir hərəkət narazılıq və hətta qıcıq yaradıb.
“Federal prezident səfərini ləğv edərkən, hazırda Ukraynanın paytaxtında olmaq istəyən çoxlu xarici diplomatlar və qonaqlar var", - Ukrayna hökumətinin sözçüsü “Bild”ə deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB