"Toyota" noyabrdan işçilərin ixtisarına başlayacaq

"Toyota" noyabrdan işçilərin ixtisarına başlayacaq

“Toyota Motor” MMC (Toyota Motor Korporasiyasının Rusiya bölməsi) noyabr-dekabr aylarında Sankt-Peterburqdakı zavodda işçilərini ixtisar etməyə başlayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şəhərin vitse-qubernatoru Valeri Moskalenko öz Telegram-kanalında məlumat verib.

Onun sözlərinə görə, söhbət təşkilati-ştat fəaliyyətindən gedir. “...Tərəflərin razılığı ilə ayrılan işçilər əhəmiyyətli kompensasiya ödənişləri alacaq və işdən çıxarıldıqdan

sonra bir il ərzində VMI-ni saxlayacaqlar”.

Qeyd edək ki, bu rəsmi hesabatda deyilir.

...Şirkət işçilərin təlim və ya yenidən hazırlanması xərclərini də kompensasiya edir.

Yeri gəlmişkən, Sankt-Peterburqdan gedən “Toyota Motor” MMC-ni bir müddət bundan əvvəl Qazaxıstan hökuməti öz ölkəsində bərpa etməkdə iddialı idi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə