Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, prezidentlər Türkiyə-Ukrayna müharibəsinə dair son prosesləri müzakirə ediblər.
Türkiyə Prezidenti müzakirə zamanı bütün hallarda diplomatik həll variantının aktual saxlamağın vacibliyini bildirərək müharibənin müzakirələr yolu ilə sona çatması üçün lazım olan töhfələri verməyə hazır olduqlarını ifadə edib.
Bundan başqa, Türkiyə Prezidenti Bartındakı daş-kömür mədənində baş verən partlayışdakı insan tələfatına görə başsağlığı verdiyinə görə Prezident Zelenskiyə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB