Əvvəllər nəqliyyat naziri postunu tutan Qrant Şapps Böyük Britaniyanın yeni daxili işlər naziri təyin edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Britaniya hökumətinin “Twitter” hesabında məlumat verilib.
Şappsın təyinatının Kral III Çarlz tərəfindən təsdiqləndiyi də bildirilir.
Qeyd edək ki, bu Nazirlər Kabinetinin internet saytında da öz əksini tapıb.
Xatırladaq ki, oktyabrın 19-da Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Suella Braverman istefa verdi və bir həftə ərzində baş nazir Liz Trussun ofisini tərk edən ikinci nazir oldu.
Onu da bildirək ki, Şappsın bu vəzifəni tuta biləcəyi də bildirilirdi.
...İyul ayında Şapps hakim Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna namizəd olmaq niyyətini açıqlamışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB