İndoneziyada məscid yanıb

İndoneziyanın paytaxtı Cakartada İslam Mərkəzi məscidinin damında təmir işləri aparılan zaman yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, lov içində qalan məscidin damı uçub.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilərkən, bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb.

Səlahiyyətlilər yanğın zamanı ölən və xəsarət alan olmadığını bildirsə də, sakinlərdən pəncərələrini bağlı saxlamağa və ərazidən uzaq durmağa çağırılıb. Ərazidə işlər davam etdirilir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə