Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar hazırlayıb

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar hazırlayıb

... SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Politico” qəzeti Avropa İttifaqı rəsmiləri və diplomatlarına istinadən yazır. Nəşrin məlumatına görə, 5 fiziki və 3 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq oluna bilər.

“Diplomatlar bu gün və ya cümə axşamı, eləcə də cümə günü keçiriləcək Aİ liderlərinin sammiti öncəsi yeni paketi razılaşdırmağa ümid edirlər”, – qəzet yazır.

Yüksək vəzifəli məmur deyib ki, fərdi sanksiyalar iqtisadi sanksiyalardan daha tez həyata keçirilə bilər. Çünki İranın onsuz da ağır sanksiyalar altında olduğunu nəzərə alsaq, iqtisadi sanksiyaların güclü təsir göstərməsi ehtimalı azdır.

Xatırladaq ki, daha əvvəl ABŞ, Böyük Britaniya və Fransanın BMT Təhlükəsizlik Şurasının növbəti qapalı iclasında İranın Rusiyaya Ukraynada istifadə edilən PUA-ların tədarükü məsələsini qaldırmaq niyyətində olduğu barədə xəbər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə