Zelenski Ərdoğandan nə xahiş edib?..

Zelenski Ərdoğandan nə xahiş edib?..

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb. Tərəflər cari gündəliyi müzakirə ediblər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Türkiyə liderinin ofisi “Tvitter” hesabında yayıb.

Söhbət zamanı Ərdoğan vurğulayıb ki, Ankara Ukrayna münaqişəsinin diplomatik yollarla həllinə “hər cür lazımi töhfə verməyə hazırdır”.

Türkiyə prezidenti aydınlıq gətirib ki, Zelenski ondan Zaporojye, Donbass və Xarkov vilayətində keçirilən referendumlarla bağlı Rusiya prezidenti Vladimir Putinə təsir göstərməyi xahiş edib.

...Ərdoğan sorğuya cavab olaraq Ukrayna liderinə guya “tanıdığım Putin istədiyini edəcək” deyə cavab verib. Eyni zamanda Türkiyə prezidenti Ukraynada sülhün bərqərar olacağına ümid etdiyini də bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə rəhbəri Avropa dövlətlərinin liderlərini səthi düşünmələrinə və hərəkətlərinin nəticələrini hesablaya bilməmələrinə görə tənqid etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə