Ukrayna Rusiyaya mәxsus 223 PUA-nı vurdu

Ukrayna Rusiyaya mәxsus 223 PUA-nı vurdu

Ukrayna ordusu sentyabrın 13-dən etibarən İranın Rusiyaya verildiyi deyilən “Şahid-136” adlı 223 kamikadze pilotsuz uçuş aparatını (PUA) vurub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada sentyabrın 13-də Ukraynanın şərqindəki Kupyansk bölgəsində Rusiya qüvvələrinin müharibədə istifadə etdiyi ilk “Şəhid-136” kamikadze PUA-sının vurulduğu bildirilib.

Açıqlamada vurğulanıb ki, sentyabrın 13-dən etibarən ölkə ərazisində 223 “Şahid-136” kamikadze PUA-sı məhv edilib. Keçən ay Ukrayna İranın Kiyevdəki səfiri Mənuçöhr Muradinin akkreditasiyasını ləğv etmək və səfirlikdəki diplomatların sayını azaltmaq qərarına gəlib.

Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın prezident Volodimir Zelenskiyə İranın Rusiyaya etdiyi silah tədarük səbəbindən bu ölkə ilə diplomatik əlaqələri dayandırmağı təklif etdiyi bildirilir.

İran administrasiyası isə Rusiyaya kamikadze pilotsuz uçan aparat verməsi ilə bağlı ittihamları rədd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə