Ankara Moskvaya qarşı daha sərt mövqe tutmalıdır?..

Bloomberg: “ABŞ və Türkiyə Rusiyaya qarşı sanksiyalara riayət etməyi müzakirə edirlər”
Ankara Moskvaya qarşı daha sərt mövqe tutmalıdır?..

Türkiyəyə gələn ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti türk həmkarları ilə Rusiya Federasiyasına qarşı sanksiyalara riayət olunmasını müzakirə ediblər.

TASS-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Amerika tərəfi Ankaranı Moskvaya qarşı daha sərt mövqe tutmağa inandırmağa çalışıb. SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, bu həftənin əvvəlində Xəzinədarlıq katibinin köməkçisi Elizabet Rosenberqin Ankara və İstanbula səfər etdiyi, burada Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu və biznes nümayəndələri ilə görüşdüyü bildirilir. Onun çərşənbə günü Türkiyə Maliyyə Nazirliyinin əməkdaşları ilə görüşü də nəzərdə tutulub.

“Bloomberg” xatırladıb ki, Amerika nümayəndə heyətinin Türkiyəyə səfəri Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısı çərçivəsində Astanada görüşündən bir həftə sonra baş tutub.

Qeyd edək ki, həmən vaxt iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin Türkiyədə qaz qovşağının yaradılması müzakirə edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə