Belarusda İqor Losikin həyat yoldaşı Darya da saxlanılıb

Belarusda İqor Losikin həyat yoldaşı Darya da saxlanılıb

Siyasi məhbus, Azadlıq Radiosunun Belarus redaksiyasının məsləhətçisi İqor Losikin həyat yoldaşı Darya Losik ötən gün Baranoviçidə saxlanılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Radio Svaboda xəbər verir.

Yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarının Teleqram kanalları Darya Losikin “ekstremist fəaliyyətə köməklik” ittihamı ilə saxlanıldığını yazıb.

Bildirilir ki, ona qarşı iddialar onun Polşada yerləşən “Belsat” telekanalına verdiyi müsahibəyə görə yaranıb. Ötən ilin iyulunda Belarus hakimiyyəti telekanalın saytını və sosial şəbəkələrdəki səhifələrini ekstremist kimi tanıyıb. Kanalın Belarusda yayımı isə 2021-ci ilin iyul ayından dayandırılıb.

Qeyd edək ki, Belarus hakimiyyəti Darya Losikin saxlanılması ilə bağlı məlumatı rəsmi şəkildə şərh etməyib. Azad Avropa/Azadlıq Radiosu media korporasiyasının prezidenti Ceymi Flay Darya Losikin saxlanmasını pisləyib və onun dərhal azadlığa buraxılmasını tələb edib.

“...Daria Losikin haqsız yerə həbsdə olan əri İqor Losiki müdafiə etməsi istisna olmaqla, heç bir günahı yoxdur. O, qızı Pavlinaya baxması üçün dərhal buraxılmalıdır. Onsuz da Losik ailəsi kifayət qədər əziyyət çəkib”.

Qeyd edək ki, bunu Ceymi Flay bildirib.

Xatırladaq ki, Losiklərin dörd yaşlı qızı hələlik Darianın valideynlərinin himayəsi altındadır.

Yeri gəlmişkən, ötən ilin dekabrında İqor Losik səbəbi bilinməyən ittihamlarla 15 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Losiklə birlikdə Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın xaricdə yaşayan əri Sergey Tixanovski, eləcə də daha dörd blogger və müxalifətçi uzunmüddətli həbsə məhkum ediliblər. Losik və digər müttəhimlər onlara qarşı işin siyasi motivli olduğunu deyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə