Məşhur sima konsert zamanı həyatını itirib

Məşhur sima konsert zamanı həyatını itirib

Mikaben ləqəbi ilə tanınan Maykl Benjamin Parisdəki Accor Arenada konserti zamanı səhnədə yıxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərənin "The Guardian" qəzeti 41 yaşlı müğənninin ölüm səbəbinin infarkt ola biləcəyini yazıb. Müğənni Mikaben konsertdən əvvəl yayımladığı videomüraciətdə “Bu gün böyük gündür” deyərək həyəcanlı olduğunu bildirib. Konserti təxminən 10 min insanın izlədiyi bildirilir. Hadisədən sonra konsert zalı boşaldılıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə