Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Cozef Bayden və Meksika prezidenti Andres Manuel Lopez Obrador sərhədlərində artan venesuelalı qaçqınlarla bağlı görüş keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, Ağ Evdən verilən açıqlamada iki liderin ABŞ-Meksika sərhədini qeyri-qanuni keçən insanların sayını azaltmaq və nizamsız miqrasiyaya alternativ olaraq qanuni yolları genişləndirmək məsələlərini müzakirə etdikləri bildirilib.
Görüşlə bağlı ''Twitter'' səhifəsində paylaşım edən Manuel Lopez Obrador bunları deyib: "Biz Baydenlə miqrasiya, təhlükəsizlik və inkişaf sahəsində əməkdaşlıq haqqında səmimi görüş keçirdik".
ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) oktyabrın 12-də bəyan edib ki, venesuelalı qaçqınlar Meksika sərhədini qanunsuz keçib ABŞ ərazisinə keçərsə, dərhal deportasiya ediləcəklər.
DHS nizamsız miqrasiyaya nəzarət etmək üçün ölkəyə təyyarə ilə daxil olanlara iki il müddətində hüquqi status veriləcəyini, sərhədi Meksikadan keçənlərin isə qısa müddətdə geri göndəriləcəyini açıqlayıb.
Meksikanın cənubunda gözləyən minlərlə venesuelalı qaçqın isə etibarlı şəkildə ölkələrinə qayıtmağı tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB