...Moskvı meri Rusiya prezidenti Vladimir Putinin Federasiya subyektlərinin rəhbərlərinin əlavə səlahiyyətləri haqqında fərmanından sonra paytaxtda nələrin dəyişəcəyi ilə bağlı danışıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Sobyaninin öz saytında bu fərmanların icrası üçün mülki obyektlərin və həyati təminat obyektlərinin təhlükəsizliyinin yaxşılaşdırılması ilə bağlı lazımi tədbirlər görüləcəyini yazıb.
Sobyanin hazırda şəhər həyatının normal ritmini məhdudlaşdırmaq üçün heç bir tədbir görülmədiyini bildirib.
“...İqtisadiyyatın sabitliyinin təmini, təhlükəsizlik tədbirləri, qüvvə və vasitələrin koordinasiyası, mülki müdafiə, fövqəladə hallardan müdafiə və s. həll ediləcək”.
Xatırladaq ki, Putinin fərmanı ilə Rusiya mərkəzinin bir sıra regionlarında (buraya Moskva və Moskva vilayəti daxildir) və Cənub federal dairələrində yüksək xəbərdarlıq səviyyəsi tətbiq edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB