Daxili işlər naziri Vladimir Kolokoltsev vətəndaşlardan şübhəli, qeyri-münasib davranışlar barədə məlumat vermələrini xahiş edib. O, bunu onunla izah edib ki, qayğıkeş rusların köməyi polisə təhsil müəssisələrinin təhlükəsizliyini təmin etməyə kömək edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Danışır Moskva” portalı yazır.
Vladimir Kolokoltsev müxtəlif qeyri-adi vəziyyətlərin ola biləcəyin xatırladıb. Məsələn, vətəndaşlar qonşularının özlərini nalayiq apardığını görə bilər, boş ərazidən müəyyən yaşayış məntəqəsinin sakinlərinə atəş səsləri eşidilə bilər.
...Müvafiq olaraq, onlar baş verənlərə diqqət yetirməli, 112 telefon nömrəsi ilə hüquq-mühafizə orqanlarına zəng etməlidirlər.
Daxili İşlər Nazirliyinin əməkdaşına zəng edən qəribə davranışlı şəxslər və ya səslər barədə ətraflı məlumat verməlidirlər.
Kolokoltsev psixo-nevroloji qeydiyyatda olan şəxslər haqqında da məlumatların polisə ötürülməsinə çağırıb. Onun fikrincə, bu, İjevskdə baş verən hadisələrə bənzər cinayətlərin qarşısını almağa kömək edəcək.
Xatırladaq ki, İjevskdə məktəbdə baş verən atışma nəticəsində 17 nəfər həlak olmuşdu. Həmən vaxt məktəb işçiləri və şagirdləri həmən təhsil müəssisəsinin keçmiş məzunu güllələmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB