Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiya ölkədə qalma qaydalarının pozulmasına görə cəzaları sərtləşdirməyə hazırlaşdığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verir.
Patruşevin sözlərinə görə, miqrantların kompakt yaşadığı yerlərdə asayişin qorunması üçün genişmiqyaslı tədbirlər həyata keçiriləcək. O bildirib ki, Rusiya Federasiyasının qanunvericiliyində miqrasiya nəzarətini və ölkədə qalma qaydalarını pozan xarici vətəndaşların məsuliyyətini gücləndirəcək dəyişikliklər nəzərdə tutulub.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi həmçinin bildirib ki, hüquq-mühafizə orqanları və kəşfiyyat orqanları terror aktları və digər cinayətlər törətmək üçün miqrasiya kanallarından istifadə edən beynəlxalq terrorçu və ekstremist təşkilatların üzvlərini müəyyən edəcək.
O, həmçinin qeyd edib ki, əcnəbi vətəndaşların sosial və mədəni adaptasiyasına, onların övladlarının Rusiya ümumi təhsil proqramlarında təhsil almasına böyük diqqət yetiriləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB