Xersonluları Rusiyaya... sanatoriyalara göndərmək təklifi...

Mülki əhali Xerson vilayətindən çıxarılır...
Xersonluları Rusiyaya... sanatoriyalara göndərmək təklifi...

...Gərək ki, dünən SİA ilk olaraq, Xerson vilayətində mülki əhalinin döyüşlərin gedəcəyi ehtimal olunan ərazilərdən çıxarılması barədə xəbər vermişdi.

Belə ki, Rusiya tərəfindən təyin olunmuş Xerson vilayətinin rəhbəri Vladimir Saldo çərşənbə axşamı axşam saatlarından başlayaraq mülki əhalinin bölgənin sağ sahil rayonlarından kütləvi şəkildə təxliyə edildiyini açıqlamıçdı.

Saldo bunu hərbi əməliyyatların gözlənilən eskalasiyası fonunda zəruri olacağı ilə əlaqələndirmişdi.

Maraqlıdır ki, təxliyəyə, bir növ rəhbərlik edən “yeni təyinatlı”... Saldo əməlinə haqq qazandırmaq üçün, deyildiyi kimi, xeyli əsas da gətirmişdi.

Deyim ki, o bəlkə də əsaslarında haqlıdır. Çünki, Ukraynadakı rus qoşunlarının yeni komandanı general Sergey Surovikin də Xerson istiqamətində vəziyyəti gərgin olduğunu bildirib. Qeyd edək ki, o, Ukrayna qoşunlarının Rusiya müdafiəsini yarmağa cəhd etməkdə davam etdiyini, Rusiya ordusunun isə müdafiə istehkamları tikdiyini bildirmişdi. Surovikin də Saldoya haqq qazandıraraq, rus qoşunlarının mülki əhalinin döyüş bölgələrindən çıxmasını təmin edəcəyini bəyan etmişdi.

General, Xersona münasibətdə “çətin qərarlar”ın mümkünlüyünü də istisna etməmişdi.

Yeri gəlmişdkə, ən maraqlısını isə oktyabrın 13 və 14-də Xerson vilayətinin Rusiya administrasiyası rəhbərinin müavini Kirill Stremousov “nümayiş etdirib”. Belə ki, o bölgə sakinlərinə “Rusiya Federasiyasına istirahət və sağlamlıq üçün humanitar səfər fürsətindən istifadə etmək təklifi ilə müraciət etmişdi. (...qeyd edim ki, Kirill Stremousov Ukraynada satqın adlandırılanlardandır,.. amma deyim ki, yerlilərinə etdiyi təklif...”əntiqə təklif”dir-A.B.)

...Bu arada Rusiya baş nazirinin müavini Marat Xusnullin hökumətin Xerson vilayəti sakinlərinin ölkənin digər bölgələrinə getməsinə yardımın təşkili barədə qərar qəbul edildiyini bildirib. O, həmçinin uzun müddət Rusiyaya köçmək qərarına gələn rayon sakinlərinin orada mənzil ala biləcəklərini də açıqlayıb və bunun üçün mənzil sertifikatlarının verilməsi proqramının hazırlandığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə